Almaniyada hərbi xidmət gələcəkdə məcburi ola bilər

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 02:46
Almaniyada hərbi xidmət gələcəkdə məcburi ola bilər

Almaniya kansleri Fridrix Merts hesab edir ki, uzunmüddətli perspektivdə hərbi xidmət sırf könüllü olaraq qalmayacaq, məcburi xarakter daşıya bilər.

"Report" xəbər verir ki, bu barədə Merts "ARD" televiziyasına müsahibəsində danışıb.

"Mən hələlik koalisiya sazişində razılaşdığımıza, yəni könüllü xidmətə sadiq qalmağın tərəfdarıyam. Ancaq bunun yalnız könüllü olaraq qalmayacağından şübhələnirəm", - deyə o bildirib.

Oktyabrın 4-də "DPA" xəbər agentliyi Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat Partiyasının fraksiyalarının gələn həftə Bundestaqda hərbi xidmətin yeni modeli haqqında qanun layihəsinin müzakirəsinə başlamağa razılaşdıqlarını bildirib.

Almaniya Müdafiə Nazirliyi Bundesverin sayını 260 minə, ehtiyat qüvvələrini isə 200 minə çatdırmağı hədəfləyir. Avqustun 27-də Almaniya hökuməti Pistoriusun yeni hərbi xidmət modeli haqqında qanun layihəsini qəbul edib. Bu qanun layihəsi İsveçdə olduğu kimi könüllü hərbi xidmət modelinin tətbiqini nəzərdə tutur. Skandinaviya ölkəsində bütün məktəb məzunları hərbi yoxlamaya məruz qalırlar, lakin onların yalnız bir hissəsi son nəticədə həqiqi hərbi xidmətə yollanır.

Sənəddə, həmçinin, çağırışçılar üçün tibbi müayinənin bərpası və 18-25 yaşlı kişilər tərəfindən hərbi xidmətə hazırlıq haqqında bəyannamənin məcburi şəkildə doldurulması da daxil olmaqla, icra oluna bilən elementlər var. Qanun layihəsi ümumi hərbi xidmətə qayıtmağı istisna etmir.

Son xəbərlər

Bütün Xəbər Lenti