Almaniyada antiterror əməliyyatları keçirilir, məscidlərdə axtarış aparılır

Digər ölkələr
  • 01 fevral, 2017
  • 06:56
Almaniyada antiterror əməliyyatları keçirilir, məscidlərdə axtarış aparılır

Bakı. 1 fevral. REPORT.AZ/ Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Hessen federal torpağında terror qruplaşmalarının qollarının aşkarlanmasına yönəlmiş əməliyyat keçirir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yerli nəşrlərin məlumatına görə, əməliyyat yerli vaxtla səhər saat 04:00-da başlayıb. Polis əməkdaşları 45 obyektdə, o cümlədən Frankfurtda, Offenbaxda və Visbadendə axtarış həyata keçirir. Əməliyyat keçirilən obyektlər arasında məscidlər, fərdi evlər və ofislər də var.

Qeyd edək ki, yanvarın 31-də Berlində İŞİD terror qruplaşması ilə yaxın əlaqələri olan üç şübhəli radikal saxlanılıb.

44 - Tezliklə