Almaniya rəsmisi: "Ölkədə hər an basqın törətməyə hazır olan 430 radikal sələfi var"
- 11 dekabr, 2015
- 10:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 dekabr. REPORT.AZ/ "Almaniyada hər an basqın etməyə hazır olan yüzlərlə "radikal sələfi" yaşayır".
"Report" "Deutsche Welle"-yə istinadən xəbər verir ki, bunu Almaniya Konstitusiyasını Müdafiə Federal Xidmətinin başçısı Hans-Georq Maasen bildirib.
O qeyd edib ki, hazırda Almaniyada radikal islamçıların 1100 tərəfdarı var: "Onların 430-u zorakılıq etməyə potensial hazır şəxslərdir. Həmin adamların hər an ciddi cinayət əməli törətməsi gözlənilir".
Maaseninin sözlərinə görə, "radikal sələfilər" Yaxın Şərqdən qaçan və Almaniyaya sığınanlar arasında özünə tərəfdarlar toplayır: "Son zamanlar Almaniyanın xüsusi xidmət orqanları 150 belə fakt aşkarlayıb".
Almaniyanın Şimal Reyn-Vestfaliya Federal Torpağının daxili işlər naziri Ralf Yeqer bildirib ki, ölkədə 4 milyon müsəlman yaşayır.