Almaniya İsrailə səyahət tövsiyələrinə yenidən baxa bilər

Digər ölkələr
  • 01 noyabr, 2025
  • 23:42
Almaniya İsrailə səyahət tövsiyələrinə yenidən baxa bilər

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Yaxın Şərq sülh planının bundan sonra da həyata keçirilməsinə ümid etdiyini bildirib.

"Report"un DPA agentliyinə istinadən verdiyi məlumata görə, o, bu barədə Tel-Əvivdə İsrailli həmkarı Gideon Saar ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Qəzza zolağında daimi təhlükəsizlik və sabitliyin ilk şərti İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsin təmin edilməsidir.

"Ümumiyyətlə, məndə belə bir təəssürat yarandı ki, hər iki tərəf bu atəşkəsi uzunmüddətli prosesə çevirmək və son nəticədə sülhə nail olmaq əzmindədir. HƏMAS-ın tərksilah edilməli olduğunu söyləmək, əslində bunu etməkdən daha asandır. Bunun üçün ümumi iradə var".

Almaniyanın xarici işlər naziri sülh prosesinin davam etdiriləcəyinə əminliyini ifadə edib. "Mən həmçinin inanıram ki, biz İsrail üçün səyahət tövsiyələrinə yenidən baxa bilərik".

Səyahət məhdudiyyətlərini yüngülləşdirməklə, nazir İsrail və Almaniya arasında daha çox mübadiləni təşviq etmək niyyətindədir:

"Bu, xüsusilə gənc nəsil üçün vacibdir. Hazırda tələbələrin və məktəblilərin İsrailə səyahət etmək üçün ciddi maneələrlə üzləşməsindən narahatıq".

Son xəbərlər

Bütün Xəbər Lenti