"Air İndia"ya məxsus sərnişin təyyarəsi İstanbula məcburi eniş edib

Digər ölkələr
  • 01 avqust, 2016
  • 10:41
Air İndiaya məxsus sərnişin təyyarəsi İstanbula məcburi eniş edib

Bakı. 1 avqust. REPORT.AZ/ "Hindistan Hava Yolları" ("Air İndia") şirkətinə məxsus sərnişin təyyarəsi İstanbul Atatürk Hava Limanına məcburi eniş edib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsindəki tualetlərdə nasazlığın baş verməsidir. 

Məlumata görə, "Boing 777" modelli təyyarə Nyu-Yorkdan Mumbaya uçurmuş.