​Aİ və Türkiyə miqrasiya böhranının həlli üzrə razılığa gələ bilməyib

Digər ölkələr
  • 07 mart, 2016
  • 20:51
​Aİ və Türkiyə miqrasiya böhranının həlli üzrə razılığa gələ bilməyib

Bakı. 8 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) liderləri miqrasiya böhranının tənzimlənməsi planı üzrə Türkiyə ilə razılığa gələ bilməyiblər.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

"Türkiyənin təklifi bəzi ölkələrin xoşuna gəldi, lakin bu gün qərar qəbul oluna bilməz, çünki hazırlıq üçün vaxt çox azdır", — deyə mənbə qeyd edib.

Məlumatda bildirilir ki, böhranın həlli istiqamətində iş yaxın günlərdə davam etdiriləcək.

Hazırda Brüsseldə növbədənkənar Türkiyə-Aİ sammiti keçirilir. Sammitdə ölkələr Avropada miqrasiya böhranı ilə mübarizə üzrə tədbirləri təsdiq etməlidir.

44 filmi