Aİ: Rusiya aktivlərinin istifadəsi ilə bağlı qərar ilin sonuna qədər qəbul edilə bilər

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 19:25
Aİ: Rusiya aktivlərinin istifadəsi ilə bağlı qərar ilin sonuna qədər qəbul edilə bilər

Avropa İttifaqı (Aİ) liderləri Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya maliyyə dəstəyinin göstərilməsi məsələsində razılığa gəlib ki, bu da cari ilin sonuna qədər müvafiq qərarın qəbul ediləcəyinə ümid verir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ nümayəndəsi Brüsseldə Aİ Şurasının iclası çərçivəsində jurnalistlərə bildirib.

"Aydındır ki, liderlərin Ukraynaya maliyyə dəstəyini davam etdirmək üçün çox az seçimi var. Buna görə də onlar bu variantı seçməyə meyillidirlər. Bu məqsədlə hüquqi mexanizm hazırlanmalıdır, bunun üçün mandat Avropa Komissiyasına veriləcək", - rəsmi nümayəndə bildirib.

Belçikanın kollektiv iştirak tələbini şərh edən nümayəndə aktivlərin böyük hissəsinin burada olduğunu və digər ölkələrin iştirakının bu vəziyyətdə çox az şeyi dəyişəcəyini söyləyib.

Aİ nümayəndəsi bildirib ki, növbəti sanksiyalar paketinin ilk dəfə yekdilliklə və birinci cəhddə qəbul edilməsi olduqca müsbət faktdır və bu qərara bir sıra amillər təsir göstərib. Lakin o, bu qərarın ABŞ tərəfindən sanksiyaların tətbiqindən sonra mümkün olub-olmadığı barədə "Report"un dəqiqləşdirici sualına cavab olaraq etiraf edib ki, okeanın o tayından belə bir dəstək və Rusiya neftinin tədarükünə bütün tərəfdaşların birgə sanksiyaları əhəmiyyətli amil olub.

Son xəbərlər

Bütün Xəbər Lenti