Aİ: “Yaxın Şərqdə baş verənlər dinlərin və ya sivilizasiyaların müharibəsidir” - YENİLƏNİB

Digər ölkələr
  • 06 noyabr, 2023
  • 13:38
Aİ: “Yaxın Şərqdə baş verənlər dinlərin və ya sivilizasiyaların müharibəsidir” - YENİLƏNİB

“İsrail-Fələstin silahlı qarşıdurması artıq İsraillə ərəb dünyası arasındakı savaş deyil. Bu, dönüş nöqtəsidir. Hazırda baş verənlər dinlərin və ya sivilizasiyaların müharibəsidir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.

İsrailin özünümüdafiə haqqının olduğunu söyləyən ali nümayəndə bunun beynəlxalq hüquq çərçivəsində həyata keçirilməli olduğunu bildirib: “Mülki şəxslər qorunmalıdır”.

J.Borrellin sözlərinə görə, humanitar vəziyyətin görməzdən gəlinməsinin mənfi nəticələri ola bilər: “İnsan faciələrinə göz yumularsa, vəziyyət əvvəl-axır əksinə çevrilə bilər”.

Aİ rəsmisi bildirib ki, Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan oktyabrın 7-nə qədər deyirdi ki, region 10 illərdir heç bu qədər sakit olmayıb: “Belə bir korluğu necə izah edə bilərik? Bu ziddiyyətə necə münasibət bildirə bilərik?”.

16:26

Avropa İttifaqı (Aİ) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqlə bağlı mövqeyini dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.

“Dünən Ərdoğanı dinləyirdim, o da Qərbə müraciət edərək deyirdi ki, siz yenə səlib müharibəsi istəyirsiniz? Bunlar çox təsirli ifadələrdir. Biz bu münaqişənin genişlənməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - o bildirib.