Aİ makromaliyyə yardımı proqramı çərçivəsində Misirə daha 1,5 milyard avro ayırıb
- 24 iyul, 2026
- 15:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyası iyulun 24-də 4 milyard avro həcmindəki makromaliyyə yardımı proqramı çərçivəsində Misirə 1,5 milyard avro köçürüb.
"Report"un Avropa bürosu xəbər verir ki, vəsaitlərin əldə edilməsi üçün Misir lazımi şərtləri - iqtisadi islahatların aparılması, Beynəlxalq Valyuta Fondu ilə proqramın saxlanılması və demokratik dəyişikliklər sahəsində addımları yerinə yetirib.
Bu, proqram çərçivəsində üç tranşdan ikincisidir. Vəsaitlər güzəştli kreditlər şəklində verilir və Misirin maliyyə ehtiyaclarının bir hissəsinin ödənilməsi, makroiqtisadi sabitliyin qorunması və iqtisadi islahatların davam etdirilməsi üçün nəzərdə tutulub.
Avropa Komissiyasından qeyd edilib ki, yardım həmçinin Yaxın Şərqdə davam edən böhran fonunda ölkənin xarici maliyyəsinə olan təzyiqi zəiflətməyə imkan verəcək.