Ağ Ev Ukraynanın Moskvaya PUA hücumlarına münasibət bildirib

Digər ölkələr
  • 01 avqust, 2023
  • 09:24
Ağ Ev Ukraynanın Moskvaya PUA hücumlarına münasibət bildirib

“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını uğurla davam etdirir. ABŞ Ukraynanı bütün lazımi avadanlıqlarla təmin etməyə davam edəcək”.

“Report” xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynanın Rusiya ərazisinə hücumlarına kömək etmir: “Ukrayna hədəflərin seçilməsinə və hərbi potensialının necə sərf olunacağına görə özü məsuliyyət daşıyır”.

C.Kirbi bildirib ki, Ukrayna müəyyən irəliləyiş əldə edib.

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bunu Ukraynanın əks-hücum əməliyyatlarının uğursuzluğu kimi qiymətləndirib.