Ağ Ev: İranda 800 nəfərin edamının qarşısı alınıb

Digər ölkələr
  • 15 yanvar, 2026
  • 23:28
Ağ Ev: İranda 800 nəfərin edamının qarşısı alınıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı heç bir hərəkət variantını istisna etmir.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Prezident (İrandakı vəziyyəti) yaxından izləməyə davam edir, eyni zamanda bütün variantları nəzərdən keçirməyə davam edir. Həqiqət budur ki, yalnız Prezident Tramp nə edəcəyini bilir və çox, çox kiçik müşavir qrupu onun bu barədə düşüncələrini bilir", - o, Vaşinqtonun Tehrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, Tramp İrandakı vəziyyəti yaxından izləməyə davam edir. "Dünən (14 yanvar - red.) biz qətllərin və edamların dayandırılacağını öyrəndik. Gördüyümüz kimi, nəticədə 800 insanın həyatı xilas edilib", - Ağ Evin mətbuat katibi hesab edir.

Son xəbərlər

Bütün Xəbər Lenti