Ağ Ev: Şatdaun hava limanlarının fəaliyyətində ciddi fasilələrə səbəb ola bilər
- 23 oktyabr, 2025
- 23:53
Ağ Ev hesab edir ki, şatdaun etsə, ABŞ-ni tətil günləri də daxil olmaqla aviareyslərin kütləvi yubanmları və ləğvini gözləyir.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.
"Demokratlar şatdaunu uzatsalar, bizi ölkənin əsas hava limanlarında əhəmiyyətli uçuş gecikmələri və ləğvləri gözləyir", - o deyib.
Onun sözlərinə görə, narahatlıqlar xüsusilə ABŞ- də noyabrın sonunda qeyd olunan Şükranlıq gününün yaxınlaşması ilə əlaqədardır - bu zaman hava limanları xüsusən yüklənir.
Ağ Ev hesab edir ki, hökumətin işini dayandırması ABŞ-nin hava təhlükəsizliyini təhlükə altına qoyur.
Xatırladaq ki, oktyabrın 1-də saat 12:00-dan (Bakı vaxtı ilə saat 8:00) başlayaraq ABŞ-nin dövlət qurumları Konqres onların əməliyyatlarının maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsini razılaşdıra bilmədikdən sonra fəaliyyətini dayandırıb.