Ağ Ev: ABŞ və Çin arasında nazirlər səviyyəsində hələ hərbi dialoq yoxdur

Digər ölkələr
  • 08 dekabr, 2023
  • 21:18
Ağ Ev: ABŞ və Çin arasında nazirlər səviyyəsində hələ hərbi dialoq yoxdur

Hazırda ABŞ və Çin arasında hərbi dialoq yoxdur və Vaşinqton onun tezliklə bərpa olunmasının tərəfdarıdır.

"Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Mən bilirəm ki, (ABŞ-ın müdafiə naziri Lloyd Ostin-red) Ostin (Çin ilə) hərbi əlaqəni bərpa etməyib. Biz onun bütün səviyyələrdə - yüksək (hərbi əməliyyatların) komandirinə qədər - bütün səviyyələrdə başlamasını böyük həvəslə istəyirik. Mənim anlayışım odur ki, onlar "(əlaqələri) bərpa etməyiblər. Bunun bir hissəsi onların (Çinin) (hazırda) müdafiə naziri olmadığına görə ola bilər", - Ağ Ev rəsmisi jurnalistlərin suallarını cavablandırarkən deyib.

44 - Tezliklə