Afrində daha 27 terrorçu zərərsizləşdirilib, 3 kənd azad olunub
Digər ölkələr
- 19 fevral, 2018
- 10:06
Bakı. 19 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.
"Report" NTV-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, əməliyyatın 31-cı günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 27 terrorçusu zərərsizləşdirilib, daha 3 kənd terrorçulardan təmizlənib.
Əməliyyatların başladığı dövrdən 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 68-ə çatıb.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.
Son xəbərlər
22:18
Danimarka Farer adalarında hərbi mövcudluğunu gücləndirəcək
Digər ölkələr21:58
Foto
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb
Region21:45
İspaniyanın Seuta şəhərindəki miqrantlar üçün mərkəz həddindən artıq dolub
Digər ölkələr21:31
Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırıb
Digər ölkələr21:16
Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb
Digər ölkələr21:12
Əraqçi Omanla Hörmüz boğazı ilə bağlı danışıqların yekunlaşmaq üzrə olduğunu bildirib
Region21:05
Video
Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub
Futbol20:54
Bilgəhdə 21 yaşlı gənc dənizdə batıb, üç nəfər xilas edilib - YENİLƏNİB
Hadisə20:51