ABŞ zirehli maşınlar üçün dron əleyhinə tureli təqdim edib
- 15 oktyabr, 2025
- 23:46

Amerikanın "Moog" şirkəti ABŞ Ordusu Assosiasiyasının (AUSA 2025) sərgisində dronları və helikopterləri vura bilən yüngül döyüş modulu təqdim edib.
"Report"un məlumatına görə, bu barədə yerli "Army Recognition" nəşri xəbər yayıb.
"RiwP" modul turelinin yüngül versiyası yüngül zirehli maşınlar üçün nəzərdə tutulub. "LW RiwP"nin arsenalına avtomatik 30 millimetr kalibrli top və cüt silah (müxtəlif çaplı pulemyotlar və ya avtomatik qumbaraatan) daxildir. Silahların sabitləşməsi yolda hədəfə atəş açmağa imkan verir.
Bundan əlavə, modul "Javelin" və "Stinger" də daxil olmaqla müxtəlif idarə olunan raketləri, eləcə də sursatları daşıya bilər. Bu ona həm yer, həm də hava hədəflərini vurmağa imkan verir.
Qeyd olunur ki, silahlanma konfiqurasiyası bir neçə dəqiqə ərzində dəyişdirilə bilər.