ABŞ Vergi Xidməti modernləşdirmə üçün əlavə 15 milyard dollar xərcləyib və onu tamamlamayıb
- 21 mart, 2025
- 20:28
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Daxili Gəlirlər Xidməti (IRS, ölkənin vergilərin toplanması üzrə əsas qurumu) informasiya texnologiyaları (IT) sahəsində modernləşdirmə üçün nəzərdə tutulmuş büdcədən təxminən 15 milyard dollar artıq xərcləyib və qrafikdən 29 il geri qalmasına baxmayaraq, hələ də onu tamamlamayıb.
“Report” xəbər verir ki, bu barədə İlon Maskın kuratorluq etdiyi ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması üzrə qurumun (DOGE) sosial şəbəkədə yerləşdirilmiş bəyanatında deyilir.
DOGE belə nəticəyə gəlib ki, çox vaxt ABŞ hökuməti tərəfindən müxtəlif strukturlarda informasiya texnologiyaları sahəsində modernləşdirmə üçün ayrılmış vəsaitlər nəticəyə tez çatmaq üçün deyil, bu prosesə sərf olunan vaxtın ödənilməsinə gedir.
“Bunun nəticəsi odur ki, podratçılar modernləşdirməni “heç vaxt tamamlamamağa” çalışırlar, bu da nəhəng xərclərə gətirib çıxarır”, – qurumdan bildiriblər.
DOGE nümunə olaraq IRS-də modernləşdirmə prosesini göstərib, “bu proses 1990-cı ildə başlayıb və 1996-cı ildə tamamlanmalı” olsa da, işlər hələ də yekunlaşmayıb, “podratçılar isə deyirlər ki, bunun üçün daha beş il lazım olacaq”.
“Söhbət qrafikdən 29 il geri qalmaqdan və təxminən 15 milyard dollar artıq xərcləməkdən gedir. Dövlət podratçıları istisna olmaqla, hamı uduzur”, – qurumdan qeyd ediblər və vurğulayıblar ki, “bu dəyişməlidir”.