ABŞ BMT Təhlükəsizlik Şurasını Venesuela ilə bağlı iclas keçirməsini tələb edib

Digər ölkələr
  • 04 aprel, 2019
  • 17:48
ABŞ BMT Təhlükəsizlik Şurasını Venesuela ilə bağlı iclas keçirməsini tələb edib

ABŞ aprelin 10-da Venesuelaya humanitar yardım üzrə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını istəyib. "Report" xəbər verir ki, bu barədə "TASS"a diplomatik mənbə məlumat verib.

"Belə görüş istənilib və bu görüş aprelin 10-da keçirilə bilər. Lakin hər şey Təhlükəsizlik Şurasının sədri Almaniyanın qərarından asılı olacaq" - deyə, mənbə bildirib.