ABŞ və Yaponiya süni intellekt və 6G sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq
Digər ölkələr
- 25 oktyabr, 2025
- 06:00
Yaponiya və ABŞ süni intellekt və simsiz şəbəkələr, o cümlədən 6G üzrə əməkdaşlıq sazişi imzalamaq niyyətindədirlər.
"Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Sənədin ABŞ Prezidenti Donald Trampın Yaponiyaya oktyabrın 27-də başlayacaq səfəri zamanı imzalanacağı gözlənilir.
Müqavilə müvafiq texnologiyaların birgə ixracını və üçüncü ölkələrdə, ilk növbədə qlobal cənubda infrastrukturun yaradılmasını nəzərdə tutur.
Qəzet aydınlaşdırır ki, sazişlər bu sahədə Çinə qarşı mübarizə məqsədi daşıyır. Trampın səfəri oktyabrın 27-29-na planlaşdırılıb.
ABŞ prezidenti Yaponiyanın yeni baş naziri Sanae Takaiti ilə danışıqlar aparacaq və imperator Naruhito tərəfindən qəbul ediləcək. Bu, Trampın ikinci dövründə Yaponiyaya ilk səfəridir.
Son xəbərlər
08:26
Tramp Çin lideri ilə Rusiya-Ukrayna müharibəsini və Tayvanı müzakirə edəcək
Digər ölkələr08:19
Tramp Asiya turu zamanı Kim Çen Inla görüşməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr08:12
Messi "MLS"in müntəzəm mövsümündə "Qızıl buts"u qazanıb
Futbol07:45
Hindistan sahillərini zəhərli köpük örtüb
Digər ölkələr07:13
İrlandiyada prezident seçkilərində fəallıq 40%-dən az olub
Digər ölkələr06:36
Joan Laporta: "Real Madrid"i məğlub etməyimizi izləməkdən heç vaxt yorulmayacağam
Futbol06:00
ABŞ və Yaponiya süni intellekt və 6G sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq
Digər ölkələr05:29
Kolumbiya prezidenti ABŞ-nin sanksiyalarını paradoks adlandırıb
Digər ölkələr05:05