​ABŞ və Rusiya rəsmiləri Suriyada atəşkəsə dair görüş keçirəcək

Digər ölkələr
  • 17 fevral, 2016
  • 16:27
​ABŞ və Rusiya rəsmiləri Suriyada atəşkəsə dair görüş keçirəcək

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ və Rusiya təmsilçiləri fevralın 19-da Suriyada atəşkəsə dair görüş keçirəcək.

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, Bəşşar Əsəd rejimi və BMT-nin icazəsi olmadan Suriyada uçuşa qadağan bölgə elan edilə bilməz.