ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub
Digər ölkələr
- 13 aprel, 2021
- 17:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ və Rusiya prezidentləri - Cozef Bayden və Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Ağ Evdən bildiriblər.
Prezident C.Bayden telefon danışığı zamanı rusiyalı həmkarı V.Putini başqa bir ölkədə sammit keçirməyə dəvət edib.
“Prezident Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə sabit və proqnozlaşdırılan əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib, ABŞ və Rusiyanın qarşısında duran bütün məsələləri müzakirə etmək üçün qarşıdakı aylarda üçüncü ölkədə sammit keçirməyi təklif edib”, - məlumatda deyilir.
Bayden Putinlə telefon danışığında həmçinin silahlara nəzarət üzrə dialoqu davam etdirmək niyyətini də müzakirə edib.
Son xəbərlər
07:11
AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir
Digər ölkələr06:42
Müharibə və yüksək borclanma BVF və Dünya Bankının iclaslarında əsas müzakirə mövzuları olacaq
İqtisadiyyat06:15
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
Sağlamlıq05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb
Digər ölkələr05:16
Şimali Koreya iki ballistik raket buraxıb
Digər ölkələr04:57
"Axios" Uitkoff və Kuşnerin Rusiyaya səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Digər ölkələr04:16
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb
Region03:50
Tramp: Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək
Digər ölkələr03:15