Pompeo: "ABŞ və KXDR arasındakı danışıqların yeni mərhələsi bir neçə həftə sonra keçirilə bilər"

Digər ölkələr
  • 05 mart, 2019
  • 05:35
Pompeo: ABŞ və KXDR arasındakı danışıqların yeni mərhələsi bir neçə həftə sonra keçirilə bilər

Bakı. 5 mart. REPORT.AZ/ "ABŞ və Şimali Koreya arasındakı danışıqların yeni mərhələsi bir neçə həftə sonra keçirilə bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

Onun sözlərinə görə, ABŞ və KXDR arasında işgüzar səviyyədə danışıqlar Pxenyanda keçirilə bilər.

O həmçinin əlavə edib ki, Şimali Koreya ilə ümumi maraqların tapılması üzrə iş görür.