ABŞ və Çin liderləri İran və KXDR-in nüvə məsələsini müzakirə ediblər

Digər ölkələr
  • 16 noyabr, 2021
  • 06:51
ABŞ və Çin liderləri İran və KXDR-in nüvə məsələsini müzakirə ediblər

ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin arasında baş tutmuş onlayn görüş zamanı Əfqanıstan məsələsi, İran və KXDR-in nüvə problemi müzakirə olunub.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Xatırladaq ki, bu, Cozef Baydenin ABŞ Prezidenti vəzifəsini icra etməyə başladıqdan sonra 2 ölkə liderlərinin ilk görüşü olub. C.Bayden və Si Cinpin arasında sonuncu telefon danışığı 2021-ci il noyabrın 10-da baş tutub.