ABŞ və Çexiya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

Digər ölkələr
  • 22 aprel, 2022
  • 02:12
ABŞ və Çexiya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

ABŞ və Çexiyanın hərbi sənaye kompleksləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, sənədi Pentaqonun rəhbəri Lloyd Ostin və Çexiyanın müdafiə naziri Yana Çernoxova imzalayıb.

"Bu müqavilə Çexiya müdafiə müəssisələrinin ABŞ-dan sifarişlər almasını xeyli asanlaşdıracaq", - Çernoxova bildirib.

Tərəflər, həmçinin yaxın vaxtlarda müdafiə sahəsində əməkdaşlıq haqqında saziş bağlamaq niyyətlərini təsdiqləyiblər.

Qeyd edilidiyi ki, ABŞ-ın əksər NATO ölkələri ilə belə müqavilələri var. Sənəd ümumi xarakter daşıyacaq.

ABŞ və Çexiya arasında bu gün keçən danışıqlarda ölkənin silahlı qüvvələrinin modernləşdirilməsinə dair müzakirələr aparılıb. Ostin NATO-nun tərəfdaş dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsinə maksimum köməklik göstərəcəyini vəd edib.