ABŞ Slovakiyaya 2,91 mlrd. dollar dəyərində 14 "F-16" qırıcısı satacaq

Digər ölkələr
  • 04 aprel, 2018
  • 21:36
ABŞ Slovakiyaya 2,91 mlrd. dollar dəyərində 14 F-16 qırıcısı satacaq

Bakı. 5 aprel. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Slovakiyaya 2,91 milyard dollar dəyərində 14 ədəd "F-16" tipli qırıcı təyyarənin mümkün satışını təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Slovakiya 14 ədəd 70/72 konfiqurasiyalı "F-16 Block" qırıcısını almaq barədə sorğu göndərib.