ABŞ səlahiyyətliləri Antifa hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcək

Digər ölkələr
  • 09 oktyabr, 2025
  • 02:07
ABŞ səlahiyyətliləri Antifa hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcək

"Vaşinqton administrasiyası antifaşist hərəkatı Antifanı maliyyələşdirənlərə qarşı tədbir görmək niyyətindədir".

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp ABŞ administrasiyasının Antifa hərəkatını terrorçu hərəkat kimi tanıması ilə bağlı Ağ Evdə keçirilən iclasda bildirib.

"Antifa cinayətkarlarına və onların kampaniyalarını maliyyələşdirən və dəstəkləyən hər kəsə qarşı tədbir görəcəyik. Böyük bəla içindədirlər. Artıq çoxlu məlumatımız, çoxlu sürprizlərimiz, çox xoşagəlməz sürprizlərimiz var", - deyə o bildirib.

Tramp hansı sürprizləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Hərəkatı maliyyələşdirdiyinə inandığı şəxslərdən danışan Tramp qeyd edib: "Bunlar heç vaxt ağlınıza gəlməyən insanlardır. Onlar tanıdığım insanlar ola bilər. Bəzi insanlarla nahar edirəm. Əgər belədirsə, onların böyük problemi var".

Son xəbərlər

Bütün Xəbər Lenti