ABŞ Rusiyanı Suriya səmasında pilotsuz təyyarəni vurmaq cəhdində ittiham edib

Digər ölkələr
  • 25 iyul, 2023
  • 16:06
ABŞ Rusiyanı Suriya səmasında pilotsuz təyyarəni vurmaq cəhdində ittiham edib

ABŞ Rusiyanı Suriya səmasında "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurmaq cəhdində ittiham edib.

“Report” bu barədə “Associated Press”ə istinadən xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinin mərkəzi rəhbəri, general-leytenant Aleks Qrinkeviç “Associated Press”ə bildirib ki, iyulun 23-də Rusiya qırıcısı Suriya səmasında Amerikanın "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurmağa cəhd edib.

Rusiyaya məxsus döyüş təyyarəsi atəş açıb və PUA-ya ziyan vurub.

"Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq", - Aleks Qrinkeviç bildirib.