ABŞ prezidenti NATO-ya üzv ölkələrin liderləri ilə Ukraynanı müzakirə edib

Digər ölkələr
  • 18 fevral, 2022
  • 21:14
ABŞ prezidenti NATO-ya üzv ölkələrin liderləri ilə Ukraynanı müzakirə edib

ABŞ prezidenti Co Bayden NATO-ya üzv ölkələrin liderləri ilə telefonla danışıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət saat 23:45-də (Bakı vaxtı ilə) başlayıb və bir saat davam edib.

Ağ Evin lideri həmkarları ilə söhbət zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

44 - Tezliklə