ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb - YENİLƏNİB - VİDEO
- 16 yanvar, 2020
- 21:10
ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlanılıb.
“Report” xəbər verir ki, artıq ölkənin Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər.
Bununla da Nümayəndələr Palatasının prezidentin əleyhinə irəli sürdüyü ittihamların araşdırılması prosesinə start verilir.
Qeyd olunub ki, senatorlar andlılar, konqresmenlər qrupu ittihamçılar, C. Roberts isə hakim qismində iştirak edəcək. Yekun qərarı senatorlar verəcəklər.
BREAKING: Chief Justice John Roberts takes the oath for the historic impeachment trial of Pres. Donald Trump. https://t.co/2Eyoi17Rku pic.twitter.com/rK2cYJPSrC
— ABC News (@ABC) 16 января 2020 г.
***22:23 - 16.01. 2020
ABŞ Senatı ABŞ prezidenti Donald Trampın impiçmenti ittiham aktını rəsmi olaraq qəbul edib.
“Report” “The Hill” nəşrinə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.
Bundan başqa senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.
Xatırladaq ki, Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.
JUST IN: Senate formally receives Trump impeachment articles https://t.co/yixtxDtZWf pic.twitter.com/MQfoHhe2na
— The Hill (@thehill) 16 января 2020 г.