ABŞ ordusu yaxın illərdə bir milyon PUA almağı planlaşdırır
- 07 noyabr, 2025
- 21:13
ABŞ yaxın iki-üç il ərzində ən azı bir milyon pilotsuz uçuş aparatı (PUA) almaq və gələcəkdə daha çox istehsal etmək üçün öz təchizat şəbəkəsini yaratmaq niyyətindədir.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, bu barədə ABŞ-nin ordu naziri Daniel Driskoll bildirib.
Məlumata görə, hazırda ABŞ hər il təqribən 50 min PUA alır.
Qeyd olunub ki, ABŞ ordusu üçün prioritet genişmiqyaslı yerli dron istehsalı üçün şərait yaratmaqdır. Bu, hazırda, əsasən, Çindən idxal olunan mühərriklər, sensorlar, batareyalar və dövrə lövhələri kimi mühüm komponentlərin yerli istehsalının stimullaşdırılmasını nəzərdə tutur.
Driskoll həmçinin ABŞ Müharibə Nazirliyinin ( Pentaqonun) dronların istifadəsinə yanaşmasını dəyişmək niyyətində olduğunu, onlara artıq bahalı və unikal sistemlər kimi deyil, döyüş meydanında istehlak materialları kimi baxdığını bildirib.