ABŞ-nin Yəməndəki səfiri Qəzzada Mülki-Hərbi Mərkəzə rəhbər təyin edilib

Digər ölkələr
  • 24 oktyabr, 2025
  • 19:14
ABŞ-nin Yəməndəki səfiri Qəzzada Mülki-Hərbi Mərkəzə rəhbər təyin edilib

ABŞ Dövlət Departamenti ölkənin Yəməndəki səfiri Stiven Feyqini Qəzza zolağında sülh sazişinin həyata keçirilməsinə və Fələstin anklavına humanitar yardımın çatdırılmasının təşkili ilə məşğul olacaq yeni mərkəzin rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə "Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

"Səfir Stiven Feyqin Prezidentin Qəzza üzrə 20 Maddəlik Sülh Planının həyata keçirilməsini dəstəkləyən Mülki-Hərbi Koordinasiya Mərkəzinin mülki rəhbəri vəzifəsində çalışacaq", - məlumatda bildirilib.

Bu açıqlama ABŞ dövlət katibi Marko Rubionun İsrailin cənubundakı Mülki-Hərbi Koordinasiya Mərkəzinə baş çəkməsindən və diplomatların orada yerləşən 200-ə yaxın ABŞ hərbçisinə qoşulacağını vəd etməsindən sonra verilib.

Feyqin 2022-ci ildən ABŞ-nin Yəməndəki səfiri vəzifəsində çalışır.

Son xəbərlər

Bütün Xəbər Lenti