ABŞ Milli Qvardiyasının hərbçiləri Çikaqoya gedib
Digər ölkələr
- 08 oktyabr, 2025
- 00:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Milli Qvardiyasının hərbçiləri yerli hakimiyyətin etirazlarına baxmayaraq, İllinoys ştatının Çikaqo şəhərinin ətrafına gedib.
"Report" xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.
Məlumata görə, ABŞ ordusunun təlim mərkəzinin yerləşdiyi Elvud ətrafında kamuflyaj geyinmiş silahlı əsgərlər görünüb.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Çikaqoda asayişin bərpasına kömək etmək üçün Milli Qvardiyanin 300 hərbi qulluqçusunun cəlb olunması barədə qərar qəbul edib.
İllinoys ştatının qubernatoru, demokrat Jey Bi Prizker Prezidentin qərarını kəskin tənqid edib. Onun fikrincə, yerli hakimiyyət orqanları Milli Qvardiya olmadan Çikaqoda təhlükəsizliyi təmin etməyə qadirdir.
Son xəbərlər
02:11
Türkiyədə sərnişin təyyarəsində bomba olması xəbəri təsdiqlənməyib - YENİLƏNİB
Region01:41
Azərbaycan və Rusiya rəsmiləri Şimal-Cənub Dəhlizinin inkişafını müzakirə ediblər
Xarici siyasət01:22
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Digər ölkələr01:06
Vuçiç: Serbiya vətəndaşları dövlətin təhlükə altında olduğunu anlayıblar
Digər ölkələr00:53
UEFA Millətlər Liqası: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib
Futbol00:33
Astarada avtomobil aşıb, ölən var
Hadisə00:17
Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
Region23:52
Çində mədəni su basıb, ölənlər var
Digər ölkələr23:37