ABŞ Küveyt və Səudiyyə Ərəbistanındakı səfirliklərinin fəaliyyətini məhdudlaşdırıb

Digər ölkələr
  • 03 mart, 2026
  • 11:28
ABŞ Küveyt və Səudiyyə Ərəbistanındakı səfirliklərinin fəaliyyətini məhdudlaşdırıb

Yaxın Şərqdə davam edən gərginliklə əlaqədar ABŞ-nin Küveyt və Səudiyyə Ərəbistanındakı səfirliklərinin fəaliyyəti məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin sosial şəbəkə hesablarında bildirilib.

Xüsusilə, ABŞ-nin Küveytdəki səfirliyi fəaliyyətini dayandırıb. Təcililər də daxil olmaqla, bütün planlaşdırılmış qəbullar ləğv edilib. Normal iş rejiminə qayıdış barədə məlumat təqdim olunacaq.

Bundan əlavə, ABŞ-nin Səudiyyə Ərəbistanındakı nümayəndəliyi İranın son hücumundan sonra konsulluq xidmətlərinin göstərilməsini dayandırıb.

"Ciddə, Ər-Riyad və Dəhranda özünütəcrid rejimi qüvvədə qalır və ABŞ vətəndaşlarına ona riayət etməyə davam etmək tövsiyə olunur", - Səudiyyə Ərəbistanındakı diplomatik missiyadan qeyd edilib.