ABŞ-nin hərbi helikopteri Yaponiyada qəza enişi edib

Digər ölkələr
  • 19 noyabr, 2026
  • 16:33
ABŞ-nin hərbi helikopteri Yaponiyada qəza enişi edib

ABŞ-nin "Osprey" hərbi helikopteri Okinava (Yaponiya) hava limanında qəza enişi edib.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Hava limanının administrasiyasının məlumatına görə, ABŞ hərbçiləri texniki nasazlıq səbəbindən qəza enişi etməli olduqları barədə onlara məlumat veriblər.

"TBS News"un məlumatına görə, "Osprey" helikopterinin göyərtəsində 9 nəfərin olduğu ehtimal edilir.

44 filmi