ABŞ-nin bombardmançı təyyarələri yenidən Venesuela sahillərində uçuş həyata keçirib

Digər ölkələr
  • 28 oktyabr, 2025
  • 03:17
ABŞ-nin bombardmançı təyyarələri yenidən Venesuela sahillərində uçuş həyata keçirib

ABŞ Hərbi Hava Qüvvələrinin bir neçə "B-1B Lancer" strateji bombardmançı təyyarəsi Venesuela sahilləri yaxınlığında uçuş həyata keçirib.

"Report" bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu, ayın ortasından bəri üçüncü belə "güc nümayişi"dir.

"Air & Space Forces" jurnalı qeyd edib ki, missiya "narkokartel"lərə və Nikolas Maduro hökumətinə qarşı "kampaniya" çərçivəsində həyata keçirilib. Bombardmançı təyyarələr Şimali Dakota ştatındakı "Grand Forks" bazasından qalxıb və açıq uçuş izləmə servislərində görünüb - əməliyyatı gizlətməyə çalışmayıblar.

Manevrlar regionda ABŞ hərbi varlığının artması ilə müşayiət olunur. Yaxın vaxtlarda "Gerald R. Ford" təyyarə gəmisi və "USS Gravely" esminesi Latın Amerikasına göndərilib, Puerto-Rikodakı hərbi hava bazalarından isə zərbə helikopterləri və "MQ-9 Reaper" pilotsuz uçuş aparatları qalxır.

Son xəbərlər

Bütün Xəbər Lenti