ABŞ müdafiə naziri ukraynalı həmkarı ilə hərbi yardımın çatdırılmasını müzakirə edib

Digər ölkələr
  • 12 iyul, 2022
  • 00:04
ABŞ müdafiə naziri ukraynalı həmkarı ilə hərbi yardımın çatdırılmasını müzakirə edib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Todd Bressil tərəfindən verilən yazılı açıqlamada deyilir.

Onun sözlərinə görə, tərəflər yeni hərbi yardımın Ukraynaya çatdırılması ilə yanaşı, iyulun 8-də elan edilmiş 400 milyon dollarlıq yeni yardım paketini müzakirə ediblər.

Bundan əlavə, Lloyd Ostin Ukraynaya silah tədarükü ilə məşğul olan təmas qrupunun iyulun 20-də onlayn keçiriləcək növbəti iclasının gündəliyi barədə Aleksey Reznikovla fikir mübadiləsi aparıb.