ABŞ Konqresində qondarma "erməni soyqırımı" ilə bağlı yeni qətnamə layihəsi hazırlanıb

Digər ölkələr
  • 19 mart, 2015
  • 03:16
ABŞ Konqresində qondarma erməni soyqırımı ilə bağlı yeni qətnamə layihəsi hazırlanıb

Bakı. 19 mart. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü "Erməni soyqırımı: Həqiqət və Ədalət" adlanan yeni qətnamə layihəsi hazırlayıb.

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsinin müəllifləri ABŞ prezidenti Barack Obamanı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsini soyqırım kimi tanımağa çağırıblar. Sənədi 40 respublikaçı və demokrat millət vəkili dəstəkləyib.

Qətnamə layihəsində 1915-ci ilin hadisələri "insanlığa qarşı cinayət" adlandırılır.

Qətnamə layihəsini hazırlayanlardan biri, Kaliforniyadan olan Adam Schiff bildirib ki, ermənilərin soyqırıma məruz qalması "danılmaz faktdır" və 20-ci əsrin ilk soyqırımıdır.

Respublikaçı Robert Dold isə deyib ki, ABŞ bu qətnaməni qəbul etməklə bütün dünyaya mesaj verməlidir ki, insan haqlarını pozan heç bir ölkəyə tolerantlıq göstərməyəcək.