ABŞ İranın blokadası çərçivəsində 103 ticarət gəmisinin marşrutunu dəyişib

Digər ölkələr
  • 16 sentyabr, 2026
  • 01:17
ABŞ İranın blokadası çərçivəsində 103 ticarət gəmisinin marşrutunu dəyişib

ABŞ hərbçiləri İranın dəniz limanlarına tətbiq edilən blokadanın bərpa olunmasından ötən iki ay ərzində 103 ticarət gəmisinin marşrutunu dəyişdirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.

"15 sentyabr tarixinə ABŞ Silahlı Qüvvələri 103 gəminin marşrutunu dəyişdirib", - deyə məlumatda qeyd olunub.