​ABŞ-ın pilotsuz təyyarəsi Küveytdə qəzaya uğrayıb

Digər ölkələr
  • 08 noyabr, 2015
  • 21:07
​ABŞ-ın pilotsuz təyyarəsi Küveytdə qəzaya uğrayıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Amerikanın hərbi pilotsuz təyyarəsi Küveytdə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən "Reuters" məlumat yayıb.

İnsident Əli əl-Salim aviabazası yaxınlığında baş verib. Orada ABŞ-ın Hərbi Hava Qüvvələri heyəti və təyyarələri yerləşir.

Agentliyin məlumatına görə, insident nəticəsində heç kim zərər çəkməyib.