ABŞ-ın Liviyadakı səfirinin qətlində mühüm rol oynamış terrorçu tutulub

Digər ölkələr
  • 31 oktyabr, 2017
  • 01:10
ABŞ-ın Liviyadakı səfirinin qətlində mühüm rol oynamış terrorçu tutulub

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar komandanlığı Amerikanın Liviyadakı səfiri Kristofer Stivensin qətlində mühüm rol oynamış terrorçunu yaxalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Associated Press" məlumat yayıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Qətl 11 sentyabr 2012-ci ildə ABŞ-ın Benqazi şəhərindəki diplomatik nümayəndəliyinə hücum zamanı törədilib. Stivenslə yanaşı daha 3 amerikalı həlak olub.

44 - Tezliklə