ABŞ-ın Benqazidəki konsulluğuna hücumda şübhəli bilinən şəxs həbs olunub

Digər ölkələr
  • 04 noyabr, 2017
  • 03:11
ABŞ-ın Benqazidəki konsulluğuna hücumda şübhəli bilinən şəxs həbs olunub

Bakı. 4 noyabr. REPORT.AZ/ Vaşinqton Federal Məhkəməsi 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki Amerika konsulluğuna hücumda şübhəli bilinən Mustafa əl-İmamı həbs edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Əl-İmam girov qoymaq imkanları olmadan həbsdə saxlanılıb.

Ona qarşı üç maddə üzrə, o cümlədən ABŞ-ın federal ərazisində qətl törətmək, həmçinin terror təşkilatına dəstək və qanunsuz silah əldə etmək maddələri üzrə ittiham irəli sürülüb.

Bundan əvvəl Dövlət Departamenti Mustafa əl-İmamın saxlanıldığını bəyan edib.

2012-ci ilin sentyabrında terrorçular Amerikanın Benqazidəki konsulluğuna hücum ediblər. Nəticədə ABŞ-ın Tripolidəki səfiri Kristofer Stivens daxil olmaqla 4 Amerika vətəndaşı həlak olub.