ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
- 21 oktyabr, 2018
- 03:56
Bakı.21 oktyabr. REPORT.AZ/ ABŞ-da "Virginia" tipli, "Vermont" və"Delaware" torpedo silahları ilə təchiz edilmiş iki yeni atom sualtıqayığı suya endirilib.
"Report"unməlumatına görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti xəbərverib.
Xəbərdəbildirilir ki, hər bir sualtı qayığın inşası 2,7 milyard dollara başa gəlib.
"Vermont"unHərbi Dəniz Qüvvələrinə verilməsi mərasimi Konnektikut ştatında, Qroton şəhərində,hərbi-dəniz bazasında keçirilib. "Delaware" VirciniyadakıNyuport-Nyus bazasında suya buraxılıb.
Sualtıqayıqlardan tikintisinə 2013-cü ildə başlanıb. Onlar ölkənin Hərbi Dəniz Qüvvələriüçün bu tipdən yaradılan sayca 18 və 19-cu sualtı qayıqlardır. Qayıqların HərbiDəniz Qüvvələrinin tabeliyinə verilməsi 2019-cu ilin əvvəllərində reallaşacaq.
Qeyd edək ki, bir müddət əvvəl Avstraliyanın ilk sualtı qayığının qalıqları itməsindən 103il sonra tapılıb