ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

Digər ölkələr
  • 03 avqust, 2023
  • 22:42
ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi məlumatları Çinə ötürməkdə ittiham olunublar.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ baş prokurorunun köməkçisi Mett Olsen deyib.

Onun sözlərinə görə, dənizçilərin hərəkətləri nəticəsində “məxfi hərbi məlumatlar Çin Xalq Respublikasının əlinə keçib”.

Çinin ABŞ-dəki səfirliyi iddialarla bağlı şərh sorğusuna dərhal cavab verməyib.

“ÇXR dünyanın yeganə supergücü olmaq üçün strateji planının bir hissəsi olaraq Birləşmiş Ştatlara hücum etmək üçün heç bir şey dayandırmayacaq”, - FTB-nin xüsusi agenti Steysi Moy deyib.

44 - Tezliklə