​ABŞ İŞİD liderlərindən birinin başına 5 milyon dollar mükafat qoyub

Digər ölkələr
  • 19 noyabr, 2015
  • 09:11
​ABŞ İŞİD liderlərindən birinin başına 5 milyon dollar mükafat qoyub

Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ terrorçu İŞİD qruplaşması liderlərindən biri olan Əbu Məhəmməd əl-Şimalinin gizləndiyi yer haqda məlumat verən şəxsə 5 milyon dollar mükafat ödəniləcəyini vəd edib.

"Report" "Turkishny"-yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb.

Məlumata görə, mükafat "Ədalət üçün mükafat" proqramı çərçivəsində veriləcək. Əbu Məhəmməd əl-Şimali İŞİD üçün əcnəbi döyüşçülərin Suriyaya getməsində əhəmiyyətli rol oynayır.

Açıqlamada bildirilib ki, o, 2005-ci ildən etibarən terrorçu "əl-Qaidə", daha sonra isə İŞİD üçün çalışıb.

"Ədalət üçün mükafat" proqramı 1984-cü ildə təsis olunub. Bu proqram əsasında indiyədək 80 nəfərə 125 milyon dollar məbləğində pul mükafatı verilib.