ABŞ dünyada meşələrin mühafizəsinə vəsait ayıra bilər

Digər ölkələr
  • 02 noyabr, 2021
  • 14:47
ABŞ dünyada meşələrin mühafizəsinə vəsait ayıra bilər

ABŞ hökuməti 2030-cu ilədək dünya meşələrini mühafizə planının icrası üçün 9 milyard dollar vəsait ayırmağı nəzərdə tutur.

“Report” Ağ Evin saytına istinadən xəbər verir ki, bu barədə Prezident Cozef Baydenin BMT İqlim Dəyişikliyi Konfransının “Meşələr və Torpaq İstifadəsi” tədbirindəki qeydlərində bildirilir:

“ABŞ hökuməti tam çeşiddə, yəni diplomatik, maliyyə, siyasi alətləri meşələrin itkisinə son qoymaq, kritik karbon sərfiyyatımızın qarşısını almaq, torpaq idarəçiliyini təkmilləşdirmək üçün toplanacaq. Sözügedən plan 2030-cu ilədək təbii meşələrin itkisini qabaqlayaraq əlavə 200 milyon hektarı bərpa etmək hədəfinə çatmaqda dünya ölkələrinə kömək edəcək. Bu, meşələrin qorunmasına və bərpasına Konqreslə birgə 9 milyard dollar, tərəfdaşlarımızdan da əlavə milyardlarla dollar vəsait cəlb etməyi nəzərdə tutan ilk plandır”.

Qeyd olunur ki, meşələrin və digər ekosistemlərin mühafizəsi karbon tullantılarını sıfırlamaq hədəfinə çatmaqda mühüm rol oynayacaq.

44 - Tezliklə