​ABŞ generalı: "Rusiya və Bəşşar Əsəd rejimi miqrasiyadan Avropaya qarşı silah kimi istifadə edir"

Digər ölkələr
  • 02 mart, 2016
  • 09:24
​ABŞ generalı: Rusiya və Bəşşar Əsəd rejimi miqrasiyadan Avropaya qarşı silah kimi istifadə edir

Bakı. 2 mart. REPORT.AZ/ "Rusiya və Bəşşar Əsəd rejimi kütləvi miqrasiyadan Avropanın infrastrukturuna zərbə vurmaq və siyasi təzyiq göstərmək üçün silah kimi istifadə edir".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı NATO qoşunlarının komandanı, ordu generalı Filip Bridlav Senatın Silahlı Qüvvələr üzrə komissiyasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiyanın təyyarələri atəşkəs rejimində də havadan zərbələr endirir: "Biz bu zərbələrin xarakterində heç bir dəyişiklik görmədik. Onlar sözdə İŞİD, "Ən-Nusra" və başqa terrorçu qruplaşmaların mövqeylərini vurduqlarını desələr də, əməldə əksini görürük. Suriyadakı müharibədə Rusiyanın iştirakı vəziyyəti daha da mürəkkəbləşdirir. O, Suriyada Bəşşar Əsədin mövqeyini möhkəmləndirir".