ABŞ gəmiləri Venesuelaya zərbə məsafəsi qədər yaxınlaşıb
Digər ölkələr
- 01 noyabr, 2025
- 04:09
ABŞ-nin amfibiya hücum gəmisi "USS Iwo Jima" və onu müşayiət edən gəmilər Venesueladakı bir adaya yaxınlaşır.
"Report"un məlumatına görə, bu barədə "Newsweek" peyk görüntülərinə istinadən xəbər verib.
"Gəmilər ölkənin əsas hava bazalarından və radar sistemlərindən birinin yerləşdiyi Venesuela La Orçhil adasından təxminən 124 mil məsafədədir", - nəşr yazıb.
Qeyd olunur ki, hərbi gəmilər yaxınlaşdıqdan sonra dərhal əməliyyat məsafəsində olurlar ki, bu da dəniz desantlarının hücumlarına və ya dəqiq zərbələrə imkan verir.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Venesuelaya zərbələrə hazırlıq barədə məlumatları təkzib edib, Venesuela ilə həmsərhəd olan Trinidad və Tobaqonun Müdafiə Qüvvələri isə yüksək hazırlıq vəziyyətinə gətirilib.
Son xəbərlər
09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.08.2026)
Maliyyə08:59
Rusiyada nəqliyyat təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
Region08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.08.2026)
Maliyyə08:48
Avropada Günəş tutulmasındən öncə hotellərin qiymətləri yüksəlib
Digər ölkələr08:41
DİN 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Hadisə08:28
"Gürcüstan Dəmir Yolları": Tbilisi-Bakı istiqamətində əlavə reyslərlə bağlı çətinlik yoxdur
Region08:10
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:42
Tramp: NATO sammitindən sonra Məxfi Xidmət digər təyyarədə uçmağımı israr etdi
Digər ölkələr07:08