ABŞ, Fransa və Britaniya BMT-də Suriyaya dair qətnamə layihəsini yayıblar

Digər ölkələr
  • 14 aprel, 2018
  • 23:30
ABŞ, Fransa və Britaniya BMT-də Suriyaya dair qətnamə layihəsini yayıblar

Bakı. 15 aprel. REPORT.AZ/ Fransa, ABŞ və Britaniya BMT Təhlükəsizlik Şurasının üzvlərinə Suriyaya dair qətnamə layihəsini təqdim ediblər.

"Report" xəbər verir ki, bu barədə TASS "Agence France-Presse"-yə istinadən məlumat yayıb.

Bildirilir ki, sənəddə kimyəvi silahın tətbiqi pislənilir, bu cür hadisələrin araşdırılması üçün müstəqil tədqiqat mexanizminin yaradılması tələb edilir.

Qətnamə layihəsində Suriyada, xüsusən aprelin 7-də Dumada kimyəvi silahın tətbiqi qəti şəkildə pislənilir.  

44 - Tezliklə