ABŞ Fələstinə yardım üçün BMT-yə ayırdığı vəsaiti tam kəsmək niyyətindədir
- 31 avqust, 2018
- 04:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 avqust. REPORT.AZ/ Birləşmiş Ştatların Prezident Administrasiyası BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırmağı planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Washington Post" nəşri yazıb.
Bildirilir ki, qərar yaxın bir neçə həftə ərzində elan olunacaq.
Nəşrin yazdığına görə, Donald Tramp Administrasiyası UNRWA-nın pul vəsaitlərinin necə xərcləməsi ilə razı olmadığını ifadə etmək, həmçinin fələstinlilərin əhəmiyyətli hissəsinin qaçqın statusundan məhrum edilməsinə çağırmaq niyyətindədir.
Qəzet yazır ki, hazırda 5 milyondan çox fələstinli qaçqın statusuna malikdir və ABŞ hökuməti bu rəqəmin 10 dəfədən çox azaldılmasını təklif etməyə hazırlaşır.