ABŞ dövlət katibi: "Putin arzuladıqlarının əksi ilə qarşılaşır”

Digər ölkələr
  • 20 fevral, 2023
  • 13:33
ABŞ dövlət katibi: Putin arzuladıqlarının əksi ilə qarşılaşır”
Entoni Blinken

“Rusiya Prezidenti Vladimir Putin arzuladıqlarının əksi ilə qarşılaşır”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.

O bildirib ki, Putin düşündüklərindən fərqli olaraq NATO-nu parçalaya bilmədi: “1 milyondan çox Rusiya vətəndaşı ölkəni tərk edib. Heç bir şirkət Rusiya ilə əməkdaşlıq etmək istəmir".

E.Blinken vurğulayıb ki, Rusiyanın itkiləri kifayət qədərdir: "Amma bu dövlətin geri çəkiləcəyinə dair işarə də yoxdur. Rusiya, nəhayət, ağlını başına yığmalıdır. Artıq Rusiyanın gələcəyi məhv olub. Biz də Ukraynanın müdafiəsi üçün əlimizdən gələni edəcəyik".