ABŞ-də turistlərin olduğu avtobus aşıb, azı 4 nəfər ölüb

Digər ölkələr
  • 23 avqust, 2025
  • 01:13
ABŞ-də turistlərin olduğu avtobus aşıb, azı 4 nəfər ölüb

ABŞ-də Nyu-York ştatında Niaqara şəlaləsinə səfərdən qayıdan və içərisində 50 turistin olduğu avtobus aşıb, azı 4 nəfər ölüb.

Bu barədə “Report” “ABC News”a istinadən xəbər verir.

Qeyd olunub ki, qəza nəticəsində onlarla insan yaralanıb. Eyni zamanda bir neçə nəfər hələ də deformasiya uğrayan avtobusun daxilində qalıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.